Monqolustan Elmlər Akademiyasının prezidenti Ədəbiyyat İnstitutunun qonağı olub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Monqolustan Elmlər Akademiyasının prezidenti, akademik Duqer Reqdelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. www.science.gov.az saytının məlumatına görə, görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Monqolustan ədəbi əlaqələrinin tarixindən danışıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Monqolustan Elmlər Akademiyasının prezidenti, akademik D.Reqdel Azərbaycanda fəaliyyət göstərən alim və mütəxəssislərlə elmi əlaqələrin təşkili və inkişafında maraqlı olduqlarını deyib.

Daha sonra çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu rəhbərlik etdiyi qurumun Monqolustan Elmlər Akademiyasının müvafiq institutu ilə qarşılıqlı əməkdaşlıq imkanlarından danışıb. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, professor Əli Rəcəbli qədim və orta əsərlərdə Azərbaycan pulları haqqında, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı Qazaxıstanın İssık kurqanından tapılan gümüş piyalədəki sak prototürk yazıları barədə məruzə ediblər.

Sonda Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin kiçik elmi işçisi Lamiyə Nəsirova Monqol ədəbiyyatının Azərbaycanda tədqiqi və tərcümə məsələləri ilə bağlı çıxış edib.

                                                                Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında