Yazıçının hekayələr kitabı rus dilində çapdan çıxmışdır

"Mütərcim" nəşriyyatı yazıçı Kamran Nəzirlinin "Ağ ev" ("Belıy dom") hekayələr kitabını rus dilində çapdan buraxmışdır. Kitaba yazıçının son illərdə qələmə aldığı on yeddi hekayə daxil edilmişdir. Hekayələri rus dilinə Cavid Abbasov çevirmişdir.
Bu, K.Nəzirlinin rus dilində nəşr olunan ilk kitabıdır. Kitabdakı hekayələrdə yazıçı əvvəlki ənənəsinə sadiq qalaraq müxtəlif millətlərdən olan maraqlı obrazlar qalereyası yaratmışdır. Ötən əsrin 90-cı illərindən Azərbaycan ədəbiyyatında povestlər, hekayələr, pyeslər müəllifi kimi tanınan Kamran Nəzirlinin bədii yaradıcılığında yeni cəhətlərdən biri onun ədəbi "qəhrəmanları"nın çoxmillətli olmasıdır.
Yazıçı bu kitabında da rus, ingilis, alman, ərəb, fransız, yəhudi... obrazları yaratmaqla dünyanın diqqətini müxtəlif millətlərin ölkəmizdə azərbaycanlılarla birgə yaşamalarına, qlobal dərdlərə - qaçqınlığa, müharibələrə, münaqişələrə, narkomanlığa, terrora, kasıblığa, xəstəliyə və s. qarşı birlikdə mübarizə aparmalarına yönəldir.
Kitabda yer alan bir sıra hekayələr - "Qoca uşaq", "Əlli ilin kölgəsi", "Şüşə xoşbəxtliyi", "Dəcəl əcəl", "Qorxulu sevgi", "Müharibə", "Ağ ev", "Üç milyon dollarlıq ürək" və s. sözün həqiqi mənasında, zamanın əhval-ruhiyyəsini əks etdirən müasir ruhlu əsərlərdir. Müəllif dünyanı narahat edən qlobal problemləri ustalıqla bədii ədəbiyyata gətirmiş, onların bədii həllini verə bilmişdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında