“Ömürdən uzun gecə”

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində görkəmli şair-dramaturq Hidayətin “Ömürdən uzun gecə” əsəri əsasında hazırlanan yeni tamaşasını teatrsevərlərə təqdim etmişdir.

Mistik dram janrında hazırlanmış bu əsər insanın mürəkkəb daxili aləmini əhatə edir. Səhnə versiyasında şüurun işləyə bilmədiyi məchul, ruhsal dünyadan bəhs edən əsərdə ömür yolumuzu müəyən edən, lakin sonadək anlamadığımız tale prosesləri estetik təhlildən keçirilir.

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissoru Tural Xəlilzadə, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rəssamı Vahid Mürsəliyevdir. Rolları Əməkdar artistlər Vaqif  Kərimov, Esmiralda Şahbazova, Rəşid Rzayev, aktyorlar Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Səmayə İsmayılova, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Müdvər Nemətova, Xatirə Süleymanova, Natiq Həziyev, Oktay Mehdiyev, Ceyhun Əliyev, Bəhruz Hikmətoğlu və Rövşən Cəfərov ifa edirlər.

Teatrın direktoru  Əməkdar mədəniyyət işçisi İxtiyar Piriyev tamaşadan sonra jurnalistlərin suallarını cavablandırarkən bildirmişdir: “Biz bu tamaşanı teatrın dövlət statusu almasının 50 illiyinə həsr etmişik. Qocaman kollektivin bu səviyyəyə yüksəlməsində Hidayət müəllimin müstəsna xidməti olmuşdur. Ona görə də bu əlamətdar tarixi onun ən yaxşı əsərlərindən birinin səhnəyə qoyulması ilə qeyd etməyi qərara almışdıq. Bugünkü ilk tamaşa, üğurlu səhnə təqdimatı göstərdi ki, bu məqsədimizə nail ola bilmişik. Hidayət müəllimin əsərləri peatrımıza repertuar zənginliyi, mövzu yeniliyi, ideya yüksəkliyi gətirmişdir. Ölkənin baş səhnəsində təqdim edilən bu tamaşa müəllifin növbəti səhnə hesabatı kimi uğurlu oldu”.

 

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında