"Düyün" filmi beynəlxalq kinofestivalın qalibi oldu

Kuba Respublikasının Gibara şəhərində keçirilən beynəlxalq kino festivalında (VIII Festival İnternasional Del Sine Pobre) "Dərviş" Prodüser Mərkəzinin istehsalı olan "Düyün" filmi mükafat qazanıb. Almaniya, Kuba, Çili, İtaliya və İspaniyanın qatıldığı builki festivalda film "Jürinin xüsusi mükafatına" ("MENCION ESPECIAL DEL JURADO") layiq görülüb.
"Düyün" filmi Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan-bu ekran" layihəsi çərçivəsində, "Buta Film", "Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyası" və "24KL" kinoatelyesinin dəstəyi ilə "Dərviş" Prodüser Mərkəzində çəkilib. Filmin ssenari müəllifləri Asif Rüstəmov və Ramiz Fətəliyevdir. Quruluşçu operator Adil Abbasov, rəssam Əziz Məmmədov, ikinci rejissor Çingiz Həsənov, bəstəkar isə Xəyyam Mirzəzadədir. Bu, "Düyün" filminin artıq 4-cü beynəlxalq mükafatıdır. İndiyə kimi bu ekran əsəri "Rahmat İnternational Film Festival" (İran) "Ən yaxşı bədii film" və "Didor" Beynəlxalq Kinofestiavlında (Tacikistan) "Ən yaxşi qisametrajlı film" və "Ən yaxşı musiqi həlli" (bəstəkar: Xəyyam Mirzəzadə) nominasiyalarında qalib olub. Filmin rejissoru Əli İsa Cabbarovun sözlərinə görə, kino aləmindəki bu kimi uğurlar İtaliya, İspaniya və ispandilli Latın Amerikası ölkələrinin Azərbaycan filmlərinə marağının göstəricisidir: "Ev" filmi də ilk mükafatını məhz İtaliya Respublikasından gətirdi. İndi də Kuba uğurumuz. Film Tacikisandan və İrandan mükafat gətirəndə əlbəttə ki, sevinirdim.
Amma din, dil, mədəniyyət baxımından tamamilə bizə yad olan Kubadan mükafat xəbəri məni ikiqat sevindirdi. Deməli, film tamaşaçı ilə kontakt yarada bilir..." Filmdə baş rolları ifaçıları Mehriban Zəki və Pərviz Məmmədrzayev canlandırıblar. Festivalın qalibi Gürcüstan kinematoqrafiyasının istehsalı olan, rejissor Georgi Ovaşvilinin "O biri sahil" filmi olub. Həmin filmin ssenari müəllifi isə Rüstəm İbrahimbəyovdur. Qeyd edək ki, eyniadlı festivalda Azərbaycan ikinci dəfə idi ki, təmsil olunurdu.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında