“Folklor və dövlətçilik” mövzusunda III respublika elmi konfransı keçiriləcək

9 iyul 2018-ci il tarixində AMEA-nın Əsas binasında Nizami Gəncəvi adına Ədəbiyyat və Folklor institutlarının təşkilatçılığı ilə “Folklor və dövlətçilik” mövzusunda III respublika elmi konfransı keçiriləcək.

www.science.gov.az saytı yazır ki, tədbir Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi"nin keçirilməsi haqqında 16 may 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutacaq. Konfransda folklorda dövlətçilik ənənələrinin təzahürü, folklorda milli dövlətçilik etiketləri, milli bayramlar, folklorda etnosun total davranış formulu və özünütəşkiletmə modelləri, folklor və qanunvericilik və digər məsələlər müzakirə ediləcək.

Konfransda iştirak etmək istəyənlər məruzələrinin xülasəsini 20 iyun 2018-ci il tarixi​nə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Xülasələrin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 27 iyun 2018-ci il tarixinədək elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək. 

Məruzələrin tam mətni konfrans gününə kimi təqdim edilməlidir.

Konfrans haqqında məlumatı və anket formasını www.folklor.az saytından əldə etmək olar.

Ünvan: Bakı ş., İçərişəhər, 8-ci Kiçik qala, 31 (Folklor İnstitutu).

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında