İmamverdi İsmayılovun məqaləsi Türkiyə mətbuatında

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı-publisist İmamverdi İsmayılovun müəllifi olduğu “Şah və …mat” sərlövhəli məqalə Türkiyə mətbuatında böyük maraq doğurub.

Modern.az xəbər verir ki, qardaş ölkənin aparıcı “İhlas” xəbər agentliyi (İHA), eləcə də çoxtirajlı “Millət” qəzetinin məqalə barədə yaydıqları informasiya ölkə KİV-ləri tərəfindən sürətlə tirajlanıb.

“Əliyev qazandı, Azərbaycan qazandı” sərlövhəsi ilə yayılan informasiya  www.karspress.com,  www.kocaelihaberdunyasi.com, www.hedefhalk.com,  www.igdirim76.com, www.haberler.com,  www.hedefhalk.com, www.mansetistanbul.com, www.efahaber.com və s. xəbər portalları tərəfindən də türkdilli oxuculara təqdim olunub.

“Prezident İlham Əliyevə Azərbaycan parlamentinin deputatı İmamverdi İsmayılovdan xoş ovqatlı sözlər” ifadəsi ilə başlanan informasiyada deputatın müəllifi olduğu məqalə təhlil olunur və orda yazılan fikir və mülahizələr yüksək dəyərləndirilir.

“Şah və ...mat” məqaləsində ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycanın dövlət müstəqilliyinin qorunması istiqamətində Ulu Öndərimizin qəbul etdiyi tarixi qərarlardan, eləcə də liderlik xüsusiyyətlərindən, həmçinin Prezident İlham Əliyevin möhtəşəm siyasi qələbəsini gerçəkləşdirən amillərdən bəhs olunur.

“Azərbaycan Prezidenti insanlara, fakt və hadisələrə, proseslərə münasibətində dürüst davranır və başqalarının da bu qaydalara əməl etməsini arzulayır”, - fikri ilə dövlətimizin başçısı haqqında düşüncələrini davam etdirən müəllif məqaləni belə tamamlayır: “Qalibiyyət Prezidentimizə çox yaraşır... Qalibiyyət Azərbaycanımıza çox yaraşır...”

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında