Salatın Əhmədlinin “Böyük ömrün səlnaməsi” kitabı çapdan çıxıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan bu monoqrafiya böyük dövlət xadimi, etno-mədəni düşüncə sistemində məxsusi yeri olan Səmədağa Ağamalıoğlunun anadan olmasının 150 illiyinə həsr edilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə töhfə olan nəşrin elmi redaktoru, akademik Nizami Cəfərovdur. Akademik kitabın “Ön söz”ündə yazır: “S.Ağamalıoğlu həm cümhuriyyətə qədər, həm cümhuriyyət dövründə, həm də cümhuriyyətdən sonra (sovet dövründə) ölkənin ictimai-siyasi, mədəni həyatında nə qədər əhəmiyyətli rol oynasa da, onun şəxsiyyəti, tarixi fəaliyyəti, xalqı qarşısında xidmətləri barədə cəmiyyətə düzgün məlumat verilməmişdir.

Sövet dövründə S.Ağamalıoğlunun gördüyü işlərdə türkçülük-millətçilik “izlər”i tapılmış, müstəqillik illərində isə əksinə, “sosialist ideoloqu” və ya “sovet dövləti qurucusu” elan olunmuşdur... Əminik ki, S.Əhmədlinin “Böyük ömrün salnaməsi” kitabı bütün ömrünü xalqının tərəqqisinə həsr etmiş ictimai-siyasi xadimin, dövlət adamının Azərbaycan cəmiyyətinə daha yaxından tanınmasına yardım etməkdən qalmayacaq, S.Ağamalıoğlunun həyatı, fəaliyyəti, mübarizələri barədə monoqrafik tədqiqatların yaranmasına da təsir göstərəcək”.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında