Kütahyada Azərbaycan parkı və Xocalı abidəsi açılıb

Türkiyənin qədim bölgələrindən biri olan Kütahyada “Azərbaycan parkı” və “Xocalı soyqırımı” abidəsinin açılışında yüzlərlə insan iştirak edib. Kütahyanın Tunçbilek bölgəsinin mərkəzində yerləşən Azərbaycan parkı və Xocalı soyqırımı abidəsi millət vəkili Q.Paşayevanın və Tunçbilek bələdiyyəsinin sədri Agah Aşkının təşəbbüsü ilə hazırlanıb. Soyqırımı qurbanlarının faciəsini əks etdirən fəryad edən ana abidəsi parkın mərkəzində ucaldılıb. “Azərbaycan parkı” və “Xocalı soyqırımı” abidəsinin açılışında Azərbaycan və Türkiyənin rəsmi nümayəndələri, QHT, mediya nümayəndələri və yüzlərlə yerli sakin iştirak edib. Azərbaycan və Türkiyənin dövlət himinin səslənməsiylə başlayan açılış mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.  

Tunçbilek bələdiyyəsinin sədri Agah Aşkın “Azərbaycanın adını Tunçbilekdə yaşatmağın qürurunu yaşayırıq”- deyib. Milli Məclisin deputatı Qənirə Paşayeva Üümumilli lider Heydər Əliyevin ifadə etidiyi kimi “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə qardaşlığı atılan hər addımda, ərsəyə gələn bütün işlərdə bir yerdədir”- deyib: “Siz nə qədər Qarabağlı olsanız, səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş, bacılarımızdı. Birliyimizi daha da gücləndirməliyik”. Millət vəkili Xocalıda körpə yaşlı uşaqlarımızın erməni faşistləri tərəfindən vəhşicə öldürülməsindən də danışıb. Bu zülmə dünya birliyinin səssiz qaldığını deyib. Çıxışlarda bir daha bu zülümlərin yaşanmaması üçün gəncliyin Qarabağda baş verənləri yaddaşlarına yazmağın zəruriliyi dilə gətirilib, “belə abidələr və parkalar Türk dünyasının dörd bir yanında açılmalıdır”- deyib. O bildirib ki, bu gün Türkiyədə bu cür parkların, abidələrin açılması çox önəmlidir, eyni zamanda dosta da düşmana da bir mesajdır. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk əsilli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib: ”Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşamızda, Xocalımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin 1-ci müavini Valeh Hacıyev, Kütahya valisi Ahmed Hamdi Nayir, Niderland Krallığında Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın çıxış edərək Azərbaycan parkının və Xocalı abidəsinin Kütahya, Tunçbilekdə açılmasının bir millət, iki dövlət birliyi üçün çox önəmli olduğunu xüsusi vurğulayıblar. Q.Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova Tunçbilek bələdiyyəsinin sədri Agah Aşkına Azərbaycanın tarixi torpağı olan Qarabağın ornamentlərini özündə əks etdirən qalstuk, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr ediblər.

 Tədbirin sonunda Milli Məclisin deputatı Q. Paşayevaya, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırovaya, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Valeh Hacıyevə, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibovaya plaketlər təqdim olunub.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında