Azərbaycan yazıçısı “LiFFt-2018” ədəbiyyat festivalında qızıl medal qazandı

Mayın 25-dən 28-dək Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya materikinin “LiFFt-2018” ədəbiyyat üzrə üçüncü festivallar festivalı keçirilib. Festivala Azərbaycandan tanınmış yazıçı Varis Yomçuyev dəvət olunub.

Yazıçımız festivalda qazandığı uğurla tarix yazıb.

AZpress.AZ xəbər verir ki, 38 materik ölkəsi və Rusiyanın 50 regionunun yazarlarının qatıldığı festivalda böyük ədəbiyyat forumu, müxtəlif müsabiqələr, dəyirmi masalar, ustad dərsləri, seminarlar, sərgilər, kitab təqdimatları, kitab yarmarkaları yer alıb. Festivalda yalnız bir nəfər, azərbaycanlı yazıçı Varis Yolçuyev qızıl medala layiq görülüb. Gümüş və bürünc medalları isə Çexiya, Avstriya, Rusiya, Monqolustan, Fransadan iştirak edən nümayəndələr qazanıblar.

Qeyd edək ki, bu il ilk dəfə Avrasiya festivallar festivalında Azərbaycanın və qardaş Türkiyənin yazarları iştirak ediblər. Azərbaycan festivalda yazıçı Varislə, Türkiyə isə şair Serhat Kabaklı ilə təmsil olunublar. 

 

İ.Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında