“Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” adlı “dəyirmi masa”

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” mədəniyyət ilinə həsr olunmuş “dəyirmi masa” keçirilib.

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin böyük məsləhətçisi Ramazan Abbasov, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Tahirə Məmməd, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının politoloqu, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun tədris və beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun filologiya üzrə fəlsəfə doktoru Nizami Muradoğlu, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev və digər qonaqlar iştirak ediblər.

Çıxışçılarda Azərbaycanın qədim bölgəsi olan Naxçıvanın sosial-iqtisadi sahələrindən ətraflı bəhs edilib və muxtar respublikada əldə olunan uğurlardan, eyni zamanda, bu gözəl diyarın ölkəmizin tarixində oynadığı roldan danışılıb. Bildirilib ki, çoxlu sayda görkəmli elm xadimləri, sənətkarlar, tarixi şəxsiyyətlər yetirmiş bu diyar Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb.

Sonda “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” mədəniyyət ili əlaqədar hazırlanmış videoslayd nümayiş olunub.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında