“Küveyt qüllələri”ndə Azərbaycan bayrağı dalğalandı

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yübileyi münasibətilə cari ilin 28 may günü Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin təşəbbüsü, Küveyt Əmiri Divanının göstərişi və Küveyt Xarici İşlər Nazirliyinin dəstəyi ilə Küveytin azadlıq və müstəqillik simvolu olan “Küveyt qüllələri” üzərində Azərbaycan Respublikasının bayrağının hazırlanmış videoinstalyasiyası təqdim edilmişdir. “Kuwait TV 1” kanalının çəkiliş qrupu tərəfindən lentə alınmış və bu gözəl mənzərəni səfirliyin əməkdaşları, “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvləri və yerli əhali seyr etmişdir.

Küveyt vətəndaşları televiziya kanalına müsahibə verərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yübileyi münasibətilə qardaş Azərbaycan xalqını və hökumətini səmimi qəlbdən təbrik edərək, Azərbaycana daim sülh və əmin-amanlıq arzu etmişlər. Həmçinin, son zamanlar bir neçə dəfə ölkəmizə səfər etdiklərini, Azərbaycanın çox gözəl bir ölkə və gözəl iqlimə malik olduğunu, son illərdə turizm ölkəsinə çevrildiyini, günü-gündən inkişaf etdiyini, paytaxt Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən biri kimi, daim inkişaf etdiyini, xalqımızın çox qonaqpərvər və mehriban olduğunu bildirmiş, Küveyt sakinlərinə Azərbaycana səfər etməyi tövsiyyə etmişlər.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında