Festivallar Festivalının baş mükafatı Azərbaycana gətirildi

Yazıçı Varis Yolçuyev Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya materikinin “LiFFt-2018” ədəbiyyat üzrə üçüncü festivallar festivalının baş mükafatına layiq görülüb. SİA-nın məlumatına görə, festivalın qalibi olmuş həmyerlimizə qızıl medal, “Qızıl LiFFt” seriyasından yüksək tirajla “Metamorfoza“ romanının çap edilməsi müqaviləsi, qiymətli hədiyyələr təqdim olunub. Təltifetmə mərasimində, eləcə də “Rossiya” telekanalına müsahibəsində yazıçımız bu qələbəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyini söyləyib.

Xatırladaq ki, 30-dan çox ölkədən, eləcə də Rusiyanın 50 regionundan nümayəndələrin qatıldığı nüfuzlu festivalda Azərbaycanın və qardaş Türkiyənin yazarları ilk dəfə iştirak ediblər.

Böyük ədəbiyyat forumu, müxtəlif müsabiqələr, “dəyirmi masa”lar, ustad dərsləri, seminarlar, sərgilər, kitab təqdimatları, kitab yarmarkaları və maraqlı incəsənət proqramlarını əhatə edən festival Soçi şəhərinin Mərkəzi konsert salonunda keçirilən qala-gecə ilə yekunlaşıb. Rusiyanın və qonşu ölkələrin dövlət və hökumət rəsmilərinin, səfirlik əməkdaşlarının, Rusiyanın aparıcı mediasının, eləcə də materikin bir neçə ölkəsindən gəlmiş jurnalistlərin təşrif buyurduğu bu mərasim Azərbaycan üçün uğurlu keçib.

Çexiya, Avstriya, Rusiya, Monqolustan, Almaniya və Fransadan olan vitse-laureatlar gümüş və bürünc medallara layiq görülüblər. Festivalın bütün iştirakçılarına fəxri diplomlar və sertifikatlar təqdim edilib.

Əvvəlki iki “LiFFt” festivallar festivalının qalibləri Konstantin Kedrov-Çelışev (Rusiya) və Oljas Süleymenov (Qazaxıstan) olub.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında