Aşıqlar Birliyində yeni layihə...

İndiyədək bir sıra uğurlu layihələrə imza atan Azərbaycan Aşıqlar Birliyində “Koroğlu havaları” vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli-mədəni dəyərlər kimi” adlı yeni layihənin həyata keçirilməsi istiqamətində iş aparılır.

Bu barədə məlumat verən Birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarında Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihə çərçivəsində respublikamızın müxtəlif guşələrində yaşayan istedadlı aşıqların arasında seçim aparılaraq, onlardan “Koroğlu havaları”nın ən yaxşı ifaçısı olan 15 nəfər aşıq seçilməsi nəzərdə tutulur. Bu zaman musiqi (aşıq havaları) ilə yanaşı, aşıqların ifa edəcəkləri mətnlərin – qoşma və gəraylıların seçiminə də xüsusi diqqət yetiriləcək.

Hər ifaçının ifa edəcəyi aşıq havası və oxuyacağı şeir müəyyən edildikdən sonra onların ifaları studiyada lentə alınacaq. Daha sonra həmin ifalar xüsusi bir CD albom şəklində hazırlanaraq ictimaiyyətə təqdim olunacaqdır.

Artıq SD alboma daxil ediləcək aşıq havalarının müəyyənləşdirilməsi və həmin havaları ifa edəcək aşıqların seçilməsi istiqamətində işə başlanılıb.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında