Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan istiqlal müjdəçiləri” sərgisi açılıb

AMEA Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “Azərbaycan istiqlal müjdəçiləri” sərgisi açılıb. Sərgidə 1918-1920-ci illərdə mövcud olmuş Cümhuriyyətin görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyəti işıqlandırılıb.

www.science.gov.az saytı yazır ki, muzeyin direktoru, akademik Nailə Vəlixanlı Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin keçirilməsi haqqında Sərəncamının əhəmiyyətindən bəhs edib. Alim Cümhuriyyət xadimlərinin muzeydə qorunan zəngin eksponatlarının tariximizin tədqiqində oynadığı roldan danışıb.

Mövzu ilə bağlı çıxışlar dinlənilib. Qeyd olunub ki, AXC ilə bağlı muzeydə qorunan eksponatlara həsr olunmuş “Azərbaycan Cümhuriyyəti tarixinin yadigarları” kataloqu da hazırlanıb. Daha sonra AXC-nin tədqiqi və təbliğinə töhfə vermiş, həmçinin sərginin təşkilində fəal iştirak etmiş şəxslərə muzey tərəfindən təşəkkürnamələr təqdim edilib.

Sonra sərgiyə baxış keçirilib. Sərgidə qurulmuş 13 iriölçülü informasiya panelində Cümhuriyyətin siyasi, ictimai, hərbi liderlərinin bioqrafiyaları, həyata keçirdikləri tədbirlər barəsində məlumat verilir, fotoları təqdim edilir. Sərgi zalında qurulmuş 30-dan artıq digər panellərdə Cümhuriyyət xadimlərinin, bir neçəsi ilk dəfə işıq üzü görmüş tarixi fotoşəkilləri nümayiş etdirilir. Ayrıca panellərdə Cümhuriyyətin 300-dən artıq xadiminin adı, soyadı, atasının adı göstərilir, fəaliyyət sahəsi barədə məlumat verilir.

Sərgi sentyabrın 5-dək davam edəcək.

 

                                                                      Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında