“Xalq yaradıcılığı: qədim el sənətləri” festivalı keçirilib

 

Bakının Qala kəndindəki Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Azərbaycan Televiziyası Mədəniyyət kanalı Xalq yaradıcılığı redaksiyası və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə təşkilatçılığı ilə “Xalq yaradıcılığı: qədim el sənətləri” festivalı keçirilib.   Tədbir Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən təşkil olunub.

www.science.gov.az saytı yazır ki, festivalda qədim əl işləri, kitab satış-sərgisi, milli geyimlər və rəqslər, aşıq havaları, zorxana tamaşası, nalbəndlik, interaktiv oyunlar, xalça toxuma və digər nümunələr təqdim olunub. Sərgilənən tarixi, arxeoloji, etnoqrafik materialların zənginliyi xarici və yerli turistlərdə böyük maraq doğurub.

Festivalın rəsmi açılış hissəsində Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova,  Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova, Folklor İnstitutunun baş elmi işçisi, filologiya üzrə  fəlsəfə doktoru, dosent  İlhamə Qəsəbova və digərləri çıxış ediblər. Rəsmi hissədən sonra festivalın iştirakçıları və qonaqları xalq rəqs və musiqi yaradıcılıq qruplarının, milli döyüş sənətini yaşadan idman məktəblərinin çıxışlarını izləyib, qədim sənət növləri ustalarının və həvəskar sənətçilərin əsərləri ilə tanış olublar.

 

                                                                                 Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında