Macarıstanda "Azərbaycan Paris sülh konfransında (1919-1920)" adlı toplu nəşr olunub

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə AXC-nin 100 illik yubileyi ərəfəsində Budapeştdə Cümhuriyyət dövrünün diplomatik sənədlərindən ibarət "Azərbaycan Paris sülh konfransında (1919-1920)" adlı toplu nəşr olunub.

Səfirlikdən verilən məlumata görə, topluya Ə.Topçubaşovun rəhbərliyi altında Paris Sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin konfransın Ali Şurasına təqdim etdiyi və Cümhuriyyətin de-fakto tanınması üçün əsas rolunu oynayan "Qafqaz Azərbaycanı nümayəndə heyətinin sülh konfransından tələbləri" adlı memorandumun ingilis, fransız və macar dillərində mətnləri daxil edilib.

Kitabın tərtibçisi və çapa hazırlayan Cümhuriyyət dövrünə dair çoxsaylı araşdırmaların müəllifi kimi tanınan səfir Vilayət Quliyevdir. O, eyni zamanda Azərbaycan Cümhuriyyətinin tarixi və Paris sülh konfransındakı nümayəndə heyətinin fəaliyyəti barədə geniş və əhatəli müqəddimə yazıb.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında