“Yeddi Səsdən Doğan Sərvət - ELM və MUSİQİ” layihəsi

Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş “Yeddi Səsdən Doğan Sərvət - ELM və MUSİQİ” adlı tədbir keçirilib. Azərbaycan Dillər Universitetinin akt zalında baş tuutan tədbir "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İctimai Birliyinin və Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilib.

 Tədbirdə giriş sözü ilə hər kəsi salamlayan Mədəni Əlaqələrin İnkişafına Dəstək İB sədri İlahə Qismət  öncə təşkilatın fəaliyyəti, ardından isə layihə haqqında ətraflı məlumat verib. Həmçinin bildirib ki, Azərbaycan Dillər Universiteti, "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İctimai Birliyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və QHT Şurasının birgə təşkilati dəstəyilə keçirilən layihə dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə ithaf olunub. Layihənin hazırlanmasında əməyi keçən qurumlara öz təşəkkürünü bildirib. Ardından Azərbaycan Dillər Uniiversitetinin məsul şəxsi Bədirə xanım Kərimova çıxış edərək Qara Qarayev yaradıcılığına qısa nəzər salıb.

Tədbir əsnasında öncə Q.Qarayevin həyat və yaradıcılığına həsr olunmuş video-çarx, ardınca musiqili konsert proqramı və müsabiqədə  yer tutmuş musiqişünasların çıxışları səsləndirilib. Musiqi repertuarında Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında bəstəkarın seçilmiş əsərlərilə yanaşı, Qarayev məktəbinin davamçıları və gənc bəstəkarların əsərləri də yer alıb. Belə ki, səhnədə Q.Qarayev -"Eskiz", "Violin və f-no üçün sonata", Prelüd, A. Əzimov - "Violin və f-no üçün sonata-poema", A.Məlikov -"Prelüd", V.Adıgözəlov - "Laylay", İlahə Qismət - "Xatirələr" romans, Aysel Hacıyeva - "Mavi gözlüm" romans, Nigar Əliyeva "Soyqırım" kvintet, Vüqar Məmmədzadə "Kvartet" ifa olunub.

Qeyd edək ki, tədbirdə Q.Qarayev sinfinin yetirməsi, bəstəkar Aydın Əzimovun öz müəllimi haqqında dəyərli fikirləri dinləyicilərin marağına səbəb olub. Eyni zamanda layihə çərçivəsində dəhlizdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin hazırladığı Q.Qarayev -100 adlı sərgisi nümayiş olunub.

Sonda MƏİDİB Sədri İlahə Qismət, professor Aydın Əzimov və ADU-nun Təhsil fakultəsinin dekan müavini Bədirə Kərimova tərəfindən  layihənin 15 fəal iştirakçılsının diplom və hədiyyələrlə mükafatlandırılma mərasimi baş tutub.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında