Jurnalistika fakültəsində yeni saytın təqdimatı

BDU –nun Mətbuat və informasiya şöbəsindən verilən xəbərə görə, Jurnalistika fakültəsində Qəzet loboratoriyası nəzdində yaradılmış jurnalistika.info adlı yeni saytın təqdimat mərasimi keçirilib. Tərbiri açan Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu 7 əsas bölmədən ibarət olan  www.jurnalistika.info yeni veb saytı haqqında məlumat verib. Bildirib ki, saytın əsas məqsədi Jurnalistika fakültəsi əməkdaşları və tələbə heyətinin yaradıcılığı ilə ictimaiyyəti daha yaxından tanış etmək, onların müxtəlif media orqanlarında yayımlanan araşdırma və məqalələrini saytda toplayaraq baza təşkil etməkdir. Fakültə dekanı həmçinin vurğulayıb ki, sözügedən internet saytı məqalələri yeni yayımlanan tələbələrimiz üçün ilk tribuna funksiyasını da yerinə yetirəcək ki, bu da onlara gələcəkdə iş yerləri ilə təmin edilmələrində praktik nöqteyi nəzərdən son dərəcə əhəmiyyətlidir.

Saytın redaktoru Afaq Sadıqova çıxışında saytın strukturu və bölmələri barədə məlumat verib.  Məlum olub ki, sayta yerləşdirilən yazılar respublikanın müxtəlif media orqanlarında yayımlanan siyasi, sosial, publisistik yazılardır. Bununla yanaşı saytda fakültə əməkdaşlarının çap materialları ilə bərabər, televiziya və radio xəbərləri, blog yazıları da yerləşdiriləcəkdir. Saytın digər özəlliyi “Cümhuriyyət -100”, “Bölgə qəzetləri” başlıqlı bölmələrinin olmasıdır. Bundan əlavə, saytda “Universitet-100” adlı rubrikanın yaradılması və fakültə əməkdaşlarının mövzu ilə bağlı müvafiq yazılarının ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.

Tədbirdə iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan jurnalistikası gündən-günə inkişaf edir və belə bir saytın fəaliyyəti son zamanlarda kifayət qədər aktiv fəaliyyəti və layihələri ilə gündəmə gələn Jurnalistika fakültəsinə yeni imic gətirəcək.

Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli əlavə edib ki, sayt tələbələrin yazı vərdişlərinin təkmilləşdirilməsinə şərait yaradacaq.

Saytın təqdimatında iştirak edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Füyuzat” jurnalının məsul katibi Mübariz Yuniszadə, “İşıq” jurnalının məsul redaktoru Əsəd Aslanoğlu, Jurnalistika fakültəsinin dosentləri Qərənfil Quliyeva, Sima Rəhimova, Mahmud Mahmudov çıxış edərək təbriklərini çatdırıblar.

İ.Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında