Şanlıurfada Azərbaycan bulvarı açılır

Milli Məclisin deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Vanda səfərdə olarkən Şanlıurfa Böyükşəhər bələdiyyə başçısı Nihat Çiftçi ilə görüşüb. Nihat Çiftçi Q.Paşayevanın Şanlıurfada Azərbaycan adını daşıyan bir bulvar, mərkəzi küçənin açılması ilə bağlı xahişinin yerinə yetirildiyini və bu günlərdə Azərbaycan bulvarının açılacağı xəbərini verib.

 Q.Paşayeva bələdiyyə sədrinə diqqətinə görə təşəkkürünü bildirib və bu addımın bütün türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib. Deputatımızın Şanlıurfada da Qarabağ parkının və abidəsinin açılması təklifinə gəlincə, bələdiyyə sədri onun qısa zamanda reallaşacağını və Qarabağ adına Şanlıurfada park və abidənin açılacağını bildirib. Azərbaycanı çox sevdiyini deyən  Nihat Çiftçi ilə Azərbaycan--Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı geniş müzakirələr olub.

 Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Şanlıurfanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyini deyib.

N.Çiftçi bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini, həmçinin qardaş bələdiyyələr məsələsi ilə bağlı addımlar atılacağını bildirib.

 Q.Paşayeva bələdiyyə sədrini Azərbaycana dəvət edib və yaxın günlərdə Azərbaycanda “Qarabağdan Şanlıurfaya könül körpüsü” adlı tədbirin keçiriləcəyini və N. Ciftçini də o tədbirdə görmək istədiyini deyib.

Görüşün sonunda Q. Paşayeva bələdiyyə sədrinə Qarabağ, Xarı bülbül motivlərini özündə əks etdirən, Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında