Hacı Zeynalabdin Tağıyev məşhur türk serialında

Türkiyənin məşhur tarixi seriallarından biri olan “Payitaht Abdülhamid”də Azərbaycana da yer verilib. Ekranın işinin 51-ci seriyasında Azərbaycanın məşhur milyonçusu Hacı Zeynalabdinin Sultan Abdulhamidlə görüşü təsvir olunub.

Görüş zamanı Hacı Zeynalabdin Sultana Azərbaycan türkcəsində yazılmış “Qurani Kərim” hədiyyə edir.

Serialdakı sözügedən səhnələr sosial şəbəkələrdə paylaşılıb. Sosial şəbəkə istifadəçiləri ekran işində Azərbaycanın tarixi şəxsiyyətinə yer verilməsini təqdir etsələr də, aktyor seçimini bəyənməyiblər.

Onlar seçilmiş obrazdan çox Sultanın Hacıya oxşadığını qeyd ediblər.

Bundan başqa, diqqət çəkən digər məqam isə Hacı Zeynalabdin obrazını canlandıran aktyorun Azərbaycan türkcəsində deyil, Türkiyə türkcəsində dialoq qurması olub.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında