Lütfi Zadənin xatirəsinə həsr olunan tamaşa - “Dəlixanada qətl”

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Fridrix Dürrenmattın "Fiziklər" komediyası əsasında hazırlanmış "Dəlixanada qətl"  tamaşasının premyerası keçiriləcək. Tamaşa ötən il dünyasını dəyişmiş dahi soydaşımız Lütfi Zadənin xatirəsinə həsr olunub.  Tamaşanı rus dilindən tərcümə edəni Dilsuz Mustafayevdir.

Yeni səhnə əsərinin  quruluşçu rejissoru  Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Tamaşada əsas obrazları Leyli Vəliyeva, Mehriban Hüseynova, İradə Rəşidova, Gülər Nəbiyeva, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Ramiq Nəsirov, Nofəl Vəliyev, Şövqü Hüseynov, Gülər Nəbiyeva, Ramil Məmmədov və Aygün Fətullayeva canlandıracaq.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında