"AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı Türkcə Əlyazmaları" kitabının təqdimatı

Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə  dos. Mehmet Nuri Çınarcının "AMEA M. Füzuli adına Əlyazmalar İnstitutundakı Türkcə Əlyazmaları" kitabının təqdimatı keçirilmişdir.

Tədbiri Bakı Yunus Əmrə İnstitutunun  müdiri dos. dr. Cihan Özdemir  açaraq  kitabın xalq ədəbiyyatı nümunələrinin, XIX və XX əsrlərin Azərbaycan divan ədəbiyyatına aid əlyazmaların önəmli mənbə olduğunu qeyd etmiş, Şimali və Cənubi Azərbaycanın  divan şairlərinin əsərlərinin türkcə əlyazmalarının kataloqunun hazırlanmasında müəllifə və  Əlyazmaları İnstitutunun direktor müavini Dosent. dr. Paşa Kərimova təşəkkürünü bildirmişdir.  

Kitabın müəllifi dos.dr.Mehmet Nuri Çinarcı çıxış edərək əsər üzərində illər öncə çalışmağa başlayaraq M.Füzuli adına Əlyazmaları İnstitutunda türkcə əlyazmalarla tanış olub araşdırma apardığını,bu işdə ona yardımçı olan Əlyazmaları İnstitutuna və toplanmış əlyazmaların kitab halında nəşrinə dəstək göstərən Yunus Əmrə İnstitutuna təşəkkür və minnətdarlıq etmişdir.

Mərasimin sonunda  Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Türk dili müəllimləri  Mehmet Nuri Çinarcı və Funda Buganın dərs verdiyi  Osmanlıca kursi bitirən  Bakı Dövət Universitetinin tələbələrinə Sertifikatlar təqdim edilmişdir.

Afət Sadıqoğlu,
 ”Xalq qəzeti”    


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında