Azərbaycanlı alim Rusiyanın Əməkdar mühəndisi fəxri adına layiq görülüb

Azərbaycan Milli Aviasiya Akademiyasının nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti Əhəd Canəhmədov Rusiyanın Əməkdar mühəndisi fəxri adına layiq görülüb.

Əhəd Canəhmədov bu ada elm və təhsildəki uğurlarına, mühəndislik elminin inkişafındakı xidmətlərinə, tribologiya sahəsində elmi kəşfinə, yeni texnologiyaların işlənməsi və tətbiqindəki yüksək nəticələrə, peşəkar mühəndis kadrlarının hazırlanmasında, böyük layihələrin reallaşdırılmasında fəal iştirakına və dövlətlərarası elmi-texniki əlaqələrin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

Əhəd Canəhmədov 400-ə yaxın elmi əsərin, o cümlədən elmi kəşflərin, 10-dan çox monoqrafiya, Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş elmi-kütləvi kitabların müəllifidir. O, bir sıra xarici ölkə akademiyalarının həqiqi üzvüdür.

Alimin bu yaxınlarda işıq üzü görən “Mühəndislik fəlsəfəsi” elmi-fəlsəfi traktatı cəmiyyətdə ona daha böyük rəğbət qazandırıb. Əsər onun uzun illərin elmi-fəlsəfi düşüncələrinin məhsuludur. O, elmi-kütləvi əsəri üçün traktat janrını seçərək, fəlsəfi təlimi yeni yanaşmadan-mühəndislik fəlsəfəsi mövqeyindən kütləviləşdirmək məqsədilə oxucuya Məkan-Zaman və Yaranış haqqında qeyri-adi düşüncələrini çatdırır.Onun elmi-fəlsəfi düşüncələri bir sıra bazis fəlsəfi anlayışları-məkan, zaman, insan, həyat və ölüm, insanın kainatda yeri, insan fəaliyyətinin ali düşüncə formalarını özündə əks etdirir.

”AZƏRTAC”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında