“1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar”

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadənin həmmüəllifi olduğu “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” ensiklopedik soraq kitabının 1-ci cildi işıq üzü görüb. “Təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur.

www.science.gov.az saytı xəbər verir ki, nəşrdə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ali təhsilli bütün müsəlman dövlət adamlarının sənədli tərcümeyi-halı toplu şəklində ictimaiyyətə təqdim edilir. Sovet dönəmində iddia edilirdi ki, 1920-ci ilədək yalnız 62 ali təhsillimiz olub. Bu kitab həmin iddianın puç və yalan olduğunu ifşa edir. Nəşr müəlliflərin Bakıdan başqa, Moskva, Sankt-Peterburq, Qazan, Saratov, Kiyev, Xarkov, Odessa, Tallinn, Tiflis kimi şəhərlərin mərkəzi arxivlərində apardıqları araşdırmalar və əldə etdikləri sənədlər, tarixi faktlar əsasında qələmə alınıb.

Birinci cilddə soyadları “A” hərfi ilə başlanan 77 soydaşımız haqqında məlumat verilir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

                                          Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında