İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərgi keçirilir

Strateq.az-ın Türkiyə bürosunun məlumatına görə, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib.

Sərgidə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbul valiliyinin nümayəndələri, Beşiktaş bələdiyyəsinin sədri, dövlət rəsmiləri, İstanbulda yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Tədbirdə türkiyəli və azərbaycanlı rəssamların əsərləri nümayiş olunub. 61 rəssamın qatıldığı sərgidə ümummilli lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, eləcə də Qafqaz İslam Ordusunun komandanları və onların rəşadətini əks etdirən portretlər nümayiş olunub.

Sərgidə qonaqlara Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və Türkiyə hökümətinin dəstəyi ilə buraxılan, üzərində Azərbaycanın milli atributları əks olunan 20 türk lirəsi məbləğində gümüş sikkələr hədiyyə edilib.

Qeyd edək ki, yubiley sikkələrinin eskizlərini hazırlayan İstanbul Yedditepe Universitetinin professoru Rafiq Əziz bu fəaliyyətinə görə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında