Azərbaycanlı aktyor Nazarbayevin qızının filmində çəkilir

Məşhur azərbaycanlı kaskadyor, aktyor Sair Fərhad Qazaxıstan Prezidentinin kiçik qızı Aliya Nazarbayevanın prodüseri olduğu "Tomris" bədii filmində rol alıb. Fərhad Sputnik Azərbaycana bildirib ki, Qazaxıstanda artıq filmin çəkiliş prosesi başlayıb və o, yaxın vaxtlarda çəkiliş prosesinə qatılacaq.

Filmin rejissoru "Rekiter", (Reket) "Likvidator" (Ləğvedən), "Жаужурек мын бала", (Jaujurek – körpə bala) filmiləri ilə məşhur olan Akan Satayevdir. Qeyd edək ki, rejissorun "Дорогу к матери" (Anaya gedən yol) filmi Qazaxıstan kino akademikləri tərəfindən "Oskar" mükafatına da namizəd göstərilmişdi.

Tarixi film Qazaxıstan Mədəniyyət Nazirliyinin sifarişi əsasında çəkilir. Filmin çəkilişləri üzərində Şaken Aymanov adına "Qazaxfilm" kinostudiyası "Satayfilm" kino şirkəti ilə birgə işləyir. Ekran işi eramızdan əvvəl VI əsrdəki hadisələrdən bəhs edir. Həmin vaxt Tomrisin rəhbərliyi ilə saks tayfaları fars işğalçılarına layiqli cavab verir.

Film əfsanəvi döyüşçü, hökmdar Tomrisin həyatından bəhs edir. O, balaca qızdan mahir döyüşçüyə çevrilir, yaxınlarının ölməsini görür, xəyanətkarlardan qisas alır və saks tayfalarını öz vahid hakimiyyəti altında birləşdirməyə müvəffəq olur.

Tomris onun xalqını qüdrətli Əhəmənilər İmperiyasının əsarəti altına almaq üçün güclü ordu ilə gələn II Kirlə xalqının azadlığı uğrunda mübarizə aparmaq məcburiyyətindədir. Filmdə Tomris rolunu Almiroa Tursın canlandıracaq. Bu, onun debüt roludur. Filmin premyerası 2019-cu ildə baş tutacaq.

Qeyd edək ki, Sain Fərhad Azərbaycanda anadan olub, lakin işləri ilə əlaqədar, əsasən, Qazaxıstanda yaşayır. O, peşəkar kaskadyorlar qrupu olan "Nomad Stunts"un üzvüdür.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında