“Son iclas" filmi istiqlal fədailərinə həsr olunub

Bakı Media Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “Son iclas” adlı bədii-sənədli film üzərində işlər davam edir.

Filmin 28 May – Respublika Günü ərəfəsində geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulub. “Son iclas” Heydər Əliyev Fondunun dəstəyi, “BP-Azərbaycan” şirkətinin sponsorluğu ilə ərsəyə gətirilir.

Ssenari müəllifi Müsəllim Həsənov bildirib ki, film bədii-sənədli üslubda hazırlanır. Ekran əsərinin adını da ehtiva edən əsas səhnə, yəni “Son iclas” AXC Parlamentinin son iclasının (27 aprel, 1920-ci il) keçirildiyi, indiki AMEA Əlyazmalar İnstitutunun yerləşdiyi binada çəkilir.

Çəkilişlər paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə aparılıb. Ssenari uzun illər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb.

Filmin rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, rəssamı Şahin Həsənlidir.

Film ehtiva etdiyi epizodlar baxımından Bakı Media Mərkəzinin digər tarixi ekran əsərləri kimi qismən az öyrənilmiş, qaranlıq qalan tarixi hadisələri əks etdirir. Cümhuriyyət qurucularının istiqlal düşmənlərinə, işğalçılara, onların havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz mübarizəsinin bədii boyalarla əks olunduğu “Son iclas” filmi Respublika Günü münasibəti ilə kinosevərlərə hədiyyə olacaq.

Bakı Media Mərkəzinin indiyədək ərsəyə gətirdiyi “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Bir günəş altında” filmləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında