Cümhuriyyət əsgərinin çəkdiyi 9 şəklin tarixçəsi

"Veysəloğlu Şirkətlər Qrupu"nun təşəbbüsü ilə "Cinealliance" kinoşirkətinin yaradıcı komandası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Cümhuriyyətin 9 şəkli" filminin çəkilişini başa çatdırmışdır.

Filmdə Qafqaz İslam Ordusunun əsgəri və fotoqrafı olmuş sıravi əsgərin vaxtilə çəkdiyi 9 şəkilin tarixcəsindən bəhs olunur. Bu şəkillər Azərbaycan Demokratik Respublikasının doqquz fərqli sahədə əldə edə bildiyi uğurları əks etdirir. Bədii-sənədli xronikada baş vermiş tarixi hadisələrə bu günün gerçəkliyi prizmasından baxılır.

Filmdəki epizodlar baba ilə nəvənin timsalında iki nəslin AXC  tarixinə öyünclü münasibəti fonunda cərəyan edir. Hər iki nəsil oz şanlı tarixinə hörmət edir, AXC irsini yüksək dəyərləndirir. Tamaşaçı yəqin edir ki, yalnız belə bir mənəvi mühit vətənə sadiq əsgər yetişdirə bilər. Filmin qəhrəmanı olan uşaq da məhz babası kimi əsgər olmaq arzusu ilə böyüyür.

 

R.TAHİR,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında