Osetiya Teatrının rəhbəri Musiqili Teatrın qonağı olub

Rusiyanın Şimali Osetiya–Alaniya Respublikasının Vladimir Txapsaev adına Dövlət Akademik Milli Dram Teatrının direktoru və baş rejissoru, Şimali Osetiya-Alaniya Respublikasının xalq artisti, Vladislav Kоliev Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olub.

Qurumun mətbuat xidmətindən bildirilib ki, hörmətli qonağı Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov və Musiqili Teatrın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov  iştirak ediblər, Osetiya Dövlət Akademik Milli Dram Teatrı- “İron Dramon Teatr”-ın  və Azərbaycan teatrları arasındakı ikitərəfli əməkdaşlığın inkişafı, qarşılıqlı qastrol səfərlərinin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycanda keçirilən "Sərhədsiz teatr”  III Beynəlxalq Şəki Teatr festivalı çərçivəsində ölkəmizdə səfərdə olduğunu və yaranmış fürsətdən istifadə edib Musiqili Teatra baş çəkməyi özünə şərəf bilən tanınmış Osetiyalı rejissor və aktyor V.Koliev rəhbərlik etdiyi Teatrla Azərbaycanda fəaliyyət göstərən nüfuzlu teatrlar arasında sıx əməkdaşlığın yaradılmasının zəruri olduğunu xüsusi qeyd edib.

"Möhtəşəmliyi ilə seçilən Azərbaycan Dövlət Musiqili Teatrında olmaq sözün əsl mənasında, mənə zövq verdi. Belə yaradıcı söhbətlər teatrlararası mədəni əlaqələrin yaranmasında sarsılmaz körpüdür. Biz Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Şimali Osetiya teatrı-“İron Dramon Teatr”ının kollektivinin çıxışlarını görmək arzusundayıq”, -deyə V. Koliyev bildirib.

Əliqismət Lalayev istedadlı osetin rejissoru və aktyoru Vladislav Kоlievin  irəli sürdüyü təklifləri müsbət qarşılayaraq yeni əlaqələrin yaranmasını yüksək qiymətləndirib və bu əlaqələrin gələcəkdə də uğurla davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında