Türkiyəli rejissor Recai Bozkurt : Milli Qəhrəman Mübariz İbrahimov bütün türk dünyasının qəhrəmanıdır”

Bu günlərdə türkiyəli rejissor Recai Bozkurt Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında bədii film çəkmək üçün Türkiyə Kültür və Turizm, Azərbaycan Mədəniyyət və Turizm nazirliklərinin rəsmi dəstəyi ilə çəkilişlərə başlayıb.  Bu barədə rejissor Recai Bozkurt açıqlama verib. Filmin çəkilişlərilə əlaqədar Azərbaycana səfər  edən rejissor Recai Bozkurt  “Biz beş min illik bir millətin övladlarıyıq.  İdeal sahibi olmağa çalışmağımızın yeganə səbəbi də budur.  İdeallarımız  uğrunda doğru vaz keçməməyə, danışmağa, yazmağa və bu idealları həyata keçirməyə davam edəcəyik. Çünki yaradılmışların əşrəfiyik.  Şərəflə doğulduq, şərəflə yaşayıb şərəflə öləcəyik… Azərbaycanın Milli Qəhrəmanı  bütün Türk dünyasının qəhrəmanıdır”—deyə bildirib.

“Böyük Anadolu” layihəsi çərçivəsində yer alan silsilə filmlərdən ikincisi olan ”Qara bayraq: Mübariz İbrahimov” bədii filmi ilə rejissor Qarabağ həqiqətlərinin dünyaya göstərməyi, Azərbaycanın timsalında türk dünyasına qarşı törədilmiş zülm və haqsızlığın gündəmə gəlməsinə çalışır.

Bu film Recai  Bozkurtun Azərbaycanla bağlı sayca ikinci layihəsidir. Bir müddət əvvəl rejissorun Azərbaycan və Türkiyə həmrəyliyindən bəhs edən “Türk divanına” adlı klipi yayımlanmışdı. 

“ƏVƏT TÜRKİYƏ” adlı  əsəri və “Siyah Sancaq İntiqam” silsilə layihəsinin ilk bölümü ilə tamaşaçılarda böyük maraq oyadan rejissorun fikrincə, silsilənin ikinci filmi  “ Qara bayraq: Mübariz İbrahimov” bütün türk dünyasının birliyinə atılmış yeni bir addım olacaq.

Rejissorun sözlərinə görə, iyun-iyul aylarında  filmin çəkilişləri Biləsuvar və Qubada, daha sonra isə  Bakı şəhərində nəzərdə tutulub.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında