Bakıda II beynəlxalq muğam müsabiqəsi davam edir

Martın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında II beynəlxalq muğam müsabiqəsi öz işini davam etdirmişdir.
"Muğam aləmi" II beynəlxalq muğam festivalı çərçivəsində keçirilən müsabiqənin ikinci günündə Azərbaycan, Özbəkistan, Çin və İordaniya musiqiçiləri çıxış etmişlər.
Özbəkistanlı Camaləddin Avazovun ailə qrupunun və iranlı Əhməd Səttarinin ifalarında "Bayatı-Şiraz" təsnifi və "Qarabağ şikəstəsi" dinlənilmişdir.
Azərbaycanlı ifaçılar Babək Niftəliyev "Cahargah", Aytən Məhərrəmova isə "Şahnaz" muğam dəstgahlarını oxumuşlar.
Çin Xalq Respublikasının Urumçi şəhərindən olan musiqi qrupu və İordaniyanın "Şərq-bənd" ansamblı isə qədim xalq mahnılarını ifa etmişlər.
Bir-birindən fərqli və gözəl ifalar II beynəlxalq muğam müsabiqəsinin münsiflər heyəti tərəfindən qiymətləndirilir. Münsiflər heyətinə Azərbaycanın xalq artistləri Siyavuş Kərimi, Ramiz Zöhrabov, Arif Babayevlə yanaşı, YUNESKO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq, türkiyəli musiqişünas Ozan Yarman, amerikalı alim Uilyam Samits və iranlı bəstəkar Ehsan Xezrlou daxildirlər.
Martın 19-da isə eyni məkanda səhnəni Azərbaycan, Hindistan, Mərakeş, Türkiyə və Küveyt musiqiçiləri bölüşəcəklər.
Muğam ifaçılarının beynəlxalq müsabiqəsi martın 20-dək davam edəcəkdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında