Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Cəfər Cabbarlı mükafatı”nın təqdimat mərasimi keçirilib

Axşam.az xəbər verir ki, Cəfər Cabbarlının ev-muzeyinin direktoru, mükafat komissiyasının sədri Qəmər Seyfəddinqızı bu mükafatın muzeyin layihəsi əsasında 2001-ci ildə təsis olunduğunu bildirib. Mükafatın Cəfər Cabbarlı teatrının və yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim edildiyini söyləyib.

Qeyd edilib ki, 2018-ci ilin “Cəfər Cabbarlı mükafatı” Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin “Təhsil müəssisələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusuna həsr olunan əsərlərin, vətənpərvərlik ideyalarının təbliği” layihəsi əsasında həyata keçirilib.Sonra ilin “Cəfər Cabbarlı mükafatı” ziyalılara təqdim edilib.

Mükafata layiq görülənlər arasında xalq artisti Şəfiqə Məmmədova, “Ədalət” qəzetinin baş redaktoru, əməkdar jurnalist İradə Tuncay, əməkdar artist Hüsniyyə Mürvətova və başqaları yer alıblar.

İ.Əmənullayev
“Xaq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında