ABŞ-ın məşhur “Amazon” şirkəti Azərbaycan xalçalarının satışına başlayıb

 “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin qarşısında qoyulan mühüm vəzifələrdən biri də xalçaçılığın təbliği və Azərbaycan xalçalarının dünyada satışının təşkil olunmasıdır. Qurum tərəfindən mütəmadi olaraq dünya bazarı araşdırılır, bu sahə üzrə fəaliyyət göstərən şirkətlərlə əlaqələr yaradılır, “Azərxalça”nın məhsulları beynəlxalq sərgilərə çıxarılır, xalçalarımız haqqında nüfuzlu nəşrlərdə yazılar dərc olunur. Bütün bunların nəticəsidir ki, dünyada Azərbaycan xalçalarına diqqət artır, beynəlxalq onlayn satış saytları “Azərxalça”nın məhsullarına maraq göstərirlər.

“Azərxalça”dan bildirilib ki, bu günlərdə dünyanın ən iri onlayn satış sistemi olan ABŞ-ın məşhur və nüfuzlu amazon.com saytında “Azərxalça”nın məhsullarının nümayişinə və satışına başlanılıb. Saytda satışa çıxarılan məhsulların “Azərxalça” tərəfindən istehsal edildiyi, həmin xalçaların hansı qrupa aid olduğu barədə məlumatlar yerləşdirilib. Azərbaycanın xalçaçılıq qrupları haqqında məlumatların yer aldığı saytda xalçaların bədii-texniki göstəriciləri, qiyməti və çatdırılma müddəti də qeyd edilib..

Qeyd edək ki, bu gün dünyanın ən böyük onlayn mağazasına çevrilən “Amazon” 1994-cü il iyulun 5-də “Cadabra” adı ilə Ceff Bezosun Vaşinqton (Sietl) şəhərində yerləşən qarajında qurulub. 1995-ci ildə isə şirkət “amazon.com” adını alıb. “Amazon” fəaliyyətə yeni başlayanda məqsədi onlayn kitab satmaq olub.

M.MÜKƏRRƏMOĞLU,

”Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında