Görkəmli şair Mirzə Baxış Nadimin “Seçilmiş əsərləri” kitabının təqdimatı olub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XIX əsrin görkəmli şairi Mirzə Baxış Nadimin “Seçilmiş əsərləri” kitabının təqdimat mərasimi keçirilib. www.science.gov.az saytı yazır ki, tədbiri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, kitabın tərtibçilərindən biri, f.ü.e.d. Paşa Kərimov açaraq Mirzə Baxış Nadim haqqında bu günə qədər aparılmış tədqiqatlar, onun əsərlərinin axtarışı və kitabın ərsəyə gəlmə prosesi barədə məlumat verib. Bildirib ki, nəşr Hacıqabul rayonunun Nəvahi kəndindən əldə edilmiş 354 vərəqlik əlyazma əsasında meydana gəlib.

Sonra çıxış edən institutun aparıcı elmi işçisi, kitabın digər tərtibçisi, f.ü.e.d. Raqub Kərimov şairin qəbrinin hələ də aşkarlanmadığını və bunun üçün xüsusi komissiyanın yaradılmasının zəruriliyini diqqətə çatdırıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, kitabın redaktoru, f.ü.e.d. Zaman Əsgərli isə M.B.Nadimin irsinin toplanması və nəşrinin ədəbiyyat tariximizin öyrənilməsində böyük rolu olacağını deyib.

Daha sonra Hacıqabul rayon Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğunun direktoru Mübariz Xəlilov, Hacıqabul Tarix və Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev, Hacıqabul Mədəniyyət Mərkəzinin əməkdaşı Səadət Həsənova, şair Əmrah Şirvanlı və digərləri çıxış edərək şairin həyat və yaradıcılığı haqqında danışıb, M.B.Nadimin irsinin toplanması və nəşrinə görə minnətdarlıqlarını bildiriblər.

 

                                                                                          Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında