Vladiqafqaz teatrı ADGTT-nın səhnəsində çıxış edəcək

V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı  “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində may ayının 18-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olub. Belə ki, ADGTT dünyanın bir sıra teatrları ilə, eləcə də Rusiya Federasiyasının tərkibində fəaliyyət göstərən teatr kollektivləri ilə "qarşılıqlı qastrol səfərlərinə dair" yaradıcılıq müqavilələri imzalayıb.

Müqaviləyə əsasən ölkəmizdə səfərdə olan V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı Bakı tamaşaçılarına V.Korostılevin "Vova möcüzələr ölkəsində" tamaşasını təqdim edib.  Paytaxt tamaşaçıları 4 gün ərzində Vladiqafqaz teatrının maraqlı tamaşasını izləmək şansı qazan;blar. Qeyd edək ki, "Vova möcüzələr ölkəsində" birhissəli tamaşanın quruluşçu rejissoru Diana Çerçesov, rəssamı Vera Kasayeva, musiqi redaktoru Ruslan Daurovdur.

Tamaşalar 21 may tarixinə   qədər   davam edib.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında