Küveytdə AXC-nin 100 illik yubileyi ilə əlaqədar konsert

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Küveytdə konsert keçirilib. Tədbir Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə, Küveyt Dövləti Mədəniyyət, İncəsənət və Ədəbiyyat üzrə Milli Şuranın, “Küveyt-Azeri Est.” və “Wataniya Airways” şirkərlərinin dəstəyi ilə baş tutub.

 Konsertdə Küveytin dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, Küveyt Xarici İşlər Nazirliyinin əməkdaşları, burada akkreditə olunmuş diplomatik və beynəlxalq  nümayəndəliklərin rəhbərləri və diplomatik korpusun digər əməkdaşları, “Vətənsevər Dostluq Çəmiyyəti”nin üzvləri, Səfirliyin əməkdaşları və ailə üzvləri, Küveyt Dövləti Mədəniyyət, İncəsənət və Ədəbiyyat üzrə Milli Şuranın Baş katibi və şuranın əməkdaşları iştirak etmişlər.

Daha sonra Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının həm Azərbaycan, həm də bölgə üçün əhəmiyyəti, respublikanın qısa müddət ərzində qazandığı nailiyyətləri, beynəlxalq miqyasda tanınması istiqamətində apardığı mübarizəsi, habelə Azərbaycan xalqının 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratdığı barədə iştirakçılara məlumat vermişdir.

            Daha sonra orkestrin ifasında  Azərbaycan Respublikası və Küveyt Dövlətinin Himnləri səsləndirilmişdir. Konsert proqramında Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Toqfiq Quliyev, Fərhad Bədəlbəyli, Aqşin Əlizadə, habelə tanınmış Qərb bəstəkarlarının əsərləri ifa olunmuşdur. Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə baş tutan konsertdə solistlər qismində Xalq artisti, pianoçu, professor Yeganə Axundova, Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov, Gənc ifaçılar - Beynəlxalq Müsabiqələr Laureatları – Mahir Tağızadə, Ümidə Abbasova, Aytən İbrahimova, Fuad Əlizadə, Respublika müsabiqələr laureatı Orxan Cəlilov və Muğam Televiziya Müsabiqəsinin qalibi Sədəf Budaqova iştirak etmişlər.

Konsertdə xalq artisti Mənsum İbrahimov tərəfindən əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədovun müşaiyəti ilə xalq və bəstəkar mahnıları səsləndirilmişdir.

 

Ülviyyə VAHİDQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında