Cəlil Məmmədquluzadənin ev muzeyi yenilənir

Görkəmli yazıçı, dramaturq, publisist, ictimai xadim, Şərqdə ilk satirik jurnal-“Molla Nəsrəddin”-in yaradıcısı Cəlil Məmmədquluzadənin ev muzeyində yeni ekspozisiyasının  yaradılması ilə əlaqədar  təmir-bərpa və bədii-tərtibat işləri başlayıb.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov burada görülən işlərlə yaxından tanış olub və muzeyin kollektivi ilə görüş keçirib. O, qeyd edib ki, maddi mədəniyyət nümunələrinin qorunub saxlanıldığı muzeyin bərpasında məqsəd onun fəaliyyətinin müasir prinsiplər əsasında yenidən qurulması və görkəmli ədibin həyatı, yaradıcılığı ilə maraqlananların dolğun məlumatlar əldə etməsi üçün rahat şəraitin yaradılmasıdır. Muzey qısa zamanda yenilənərək  ziyarətçilərin üzünə açıq olacaq.

Həmçinin, görüş zamanı C.Məmmədquluzadənin ev muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Pərixanım Mahmudova 70-illik yubileyi  münasibəti ilə Baş İdarənin fəxri fərmanı ilə təltif edilib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında