Milli İncəsənət Muzeyində rəssam Bayram Hacızadənin əsərləri sərgilənir

Milli İncəsənət Muzeyində Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri, Əməkdar incəsənət xadimi Bayram Hacızadənin fərdi sərgisi açılıb.

Rəssamın 50 illiyinə həsr olunan sərgi Mədəniyyət Nazirliyi, Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Rəssamlar İttifaqının rəhbərliyi rəssamın zəngin yaradıcılığından danışıb, onun əsərlərinin özəlliyindən söz açıblar.

Sərgi çərçivəsində Bayram Hacızadənin müəllifi olduğu “Kirpi”nin rəssamları” adlı kitabının təqdimatı da olub. Üç cilddən ibarət kitabda 1952-1991-ci illər “Kirpi” satirik jurnalı ilə əməkdaşlıq edən rəssamların, karikatura ustalarının yaradıcılığı və fəaliyyəti haqqında ətraflı məlumat yer alıb.

Qeyd edək ki, sərgidə rəssamın yaradıcılığının son 30 ilini əhatə edən “Kirpi” satirik jurnalında, dövri mətbuat səhifələrində dərc olunan müxtəlif mövzulu karikaturalar, rəssamın beynəlxalq müsabiqələrdə mükafat almış əsərləri, eləcə də M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyaları və digər mövzulu karikaturaları nümayiş edilir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında