“Mahmud Qaşqari - 1000” medalının təqdimetmə mərasimi keçirilib

AMEA-nın Əlyazmalar İnstitutunda Mahmud Qaşqari adına Beynəlxalq Fond tərəfindən verilən “Mahmud Qaşqari - 1000” medalının təqdimetmə mərasimi keçirilib. Mərasimi AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli açaraq fondun görkəmli türk filoloq, türkologiyanın banisi, "Divanü lüğətit-türk" əsərinin müəllifi Mahmud Qaşqarinin adını daşıdığını bildirib. O, fondun ənənəvi olaraq hər il türkologiya sahəsində önəmli araşdırmalar aparan şəxsləri mükafatlandırdığını diqqətə çatdırıb.

www.science.gov.az saytı yazır ki,  Bakıda fəaliyyət göstərən Mahmud Qaşqari adına Beynəlxalq Fondun baş katibi Elxan Zal çıxış edərək rəhbərlik etdiyi qurum barədə məlumat verib. Qeyd edib ki,  bu günə qədər fondun mükafatını alanlar sırasında Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, qazaxıstanlı yazıçılar - Oljas Süleymanov, Sabit Dosanov, qırğız şair Omar Sultanov, Azərbaycandan - akademik Abel Məhərrəmov, filologiya elmləri doktoru Ramiz Əskər, Xalq şairi Sabir Rüstəmxanlı, Xalq yazıçısı Çingiz Abdullayev, professor İlham Rəhimov və Əməkdar jurnalist Hikmət Babaoğlunun olublar.

Tədbirdə, həmçinin Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək Mahmud Qaşqari adına Beynəlxalq Fondun azlıqda qalan türk xalqlarının hüquqlarının müdafiəsi, onların mədəniyyətlərinin yaşadılması və təbliği, gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm xidmətlər göstərdiyini söyləyib.

Fondun Mükafat Komissiyasının üzvü, yazıçı Elçin Hüseynbəyli ümumtürk mədəniyyətinin və düşüncəsinin inkişafında göstərdikləri xidmətlərə görə Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun “Mahmud Qaşqari - 1000” medalına layiq görüldüklərini açıqlayıb.

Daha sonra T.Kərimli və M.İmanova mükafatları təqdim olunub.

 

                                                    Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında