Bakıda kitab bayramı keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hüseyn Cavid parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş Kitab bayramı keçirilib. İdarədən  verilən məlumata görə,  tədbirin həyata keçirilməsində məqsəd müasir texnologiyaların və informasiyanın geniş yayıldığı dövrdə gənclərin mütaliəyə marağının artırılmasına, maarifləndirilməsinə və kitabların təbliğinə nail olmaqdır.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının muavini Təravət Muradova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov və digər qonaqlar kitab sərgi-yarmarka ilə tanış olublar. Sonra müxtəlif viktorinalar, əyləncəli oyunlar, müsabiqələr, imza saatları keçirilib. Əməkdar artist Elza Seyidcahan özünün müəllifi olduğu “Bir dəlinin rəssamı”  kitabını geniş oxucu kütləsinə təqdim edib.

Tədbirin bədii hissəsi Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin nağaraçalanlar qrupunun ifası ilə başlayıb. Daha sonra 2 nömrəli Uşaq İncəsənət Məktəbinin “Aysel” rəqs qrupunun ifasında “Azərbaycan” adlı rəqs kompozisiyası ilə davam edib. Əməkdar artist Aybəniz Haşımovanın “Bülbüllər” qrupunun ifası da təqdim olunub.

Kitab bayramında Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 10 geniş sərgi nümayiş etdirib, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Milli Qəhrəmanlar” adlı stendləri ictimaiyyətə təqdim olunub.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında