“Xilas edilmiş mədəni sərvətlər” adlı növbəti sərgi-seminar

18 may - Beynəlxalq Muzeylər Günü hər il muzeylər tərəfindən bir sıra tədbirlərlə qeyd olunur. Bu, ölkəmizdə muzey işinə və muzeylərə verilən önəm, göstərilən diqqət və qayğı ilə əlaqədardır. Muzeylər də, öz növbəsində, tariximizin, mədəniyyətimizin, elmimizin inkişafının şahidi və sübutu olan mədəni sərvətlərimizi qoruyaraq gələcək nəsillərə ötürür, onların aşınmasının qarşısının alınması istiqamətində müxtəlif tədbirlər görür. Bu işdə onlara ən çox kömək edən isə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzidir. Mərkəz bu məqsədlə müxtəlif muzeylərin toplularına məxsus muzey əşyalarının bərpa və konservasiyasını həyata keçirməklə yanaşı, həm də mütəmadi olaraq regionlarda muzey, qalereya, Heydər Əliyev mərkəzlərinin əməkdaşları üçün maarifləndirici kurslar, treninqlər və sərgi–seminarlar təşkil edir.

Elmi Bərpa Mərkəzindən AZƏRTAC-a bildirilib ki, mayın 14-16-da Ağcabədi rayonunun Tarix-Diyarşünaslıq Muzeyində Ağcabədi, Laçın, Ağdam rayonlarının muzey, qalereya və Heydər Əliyev mərkəzlərinin əməkdaşları üçün “Xilas olunmuş mədəni sərvətlər” adlı növbəti sərgi–seminar keçirilib. Tədbir zamanı mərkəzin fəaliyyətini, muzey əşyalarının bərpa proseslərini əks etdirən videoçarxlar nümayiş olunub, təqdimatlar edilib. Həmçinin Ağcabədi rayon Tarix–Diyarşünaslıq Muzeyinin, Azərbaycan Xalça Muzeyinin Şuşa filialının toplularından bərpa olunmuş əşyaların fotosərgisi açılıb.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında