Alim Qasımov və Fərqanə Qasımova Gəncə Dövlət Filarmoniyasının səhnəsində

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının böyük səhnəsindən növbəti dəfə muğam sədaları yüksəlib. Bu dəfə Azərbaycanın Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova Gəncədə möhtəşəm konsert proqramı ilə çıxış ediblər. Konsertdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ictimayyət nümayəndələri və muğamsevərlər iştirak ediblər.

Alim və Fərqanə Qasımovlar ifa etdikləri muğam parçaları, təsnif, segah və rənglər ilə konsert proqramını əsl musiqi ziyafətinə çeviriblər. Xanəndələrin səsləndirdikləri xalq və bəstəkar mahnıları alqışlarla müşayət olunub.

Qeyd edək ki, bu, ata və övladın Gəncə tamaşaçıları qarşısında ilk çıxışı olmasa da Gəncə Dövlət Filarmoniyasının böyük səhnəsində ilk konsertləri idi.

Alim Qasımov və Fərqanə Qasımova Gəncədən əvvəl Çinin paytaxtı Pekində və Türkiyənin paytaxtı Ankarada konsert proqramı ilə çıxış ediblər.

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında