“Misir və Azərbaycanda uşaq ədəbiyyatı” mövzusunda tədbir keçirilib

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin və F. Köçərli adına Respublikası Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Misir və Azərbaycanda uşaq ədəbiyyatı" mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi bildirdi ki, ilk dəfə olaraq Misir uşaq ədəbiyyatı həftəsi keçirilir. Bu həftə çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Misir Mədəniyyət vəTəhsil Əlaqələri Mərkəzi ilə birgə ərsəyə gətirdiyi "Əsrarəngiz Misir nağılları" kitabının da təqdimatı keçirildi. Kitab Misirin qədim mədəniyyəti, adət-ənənələri, tarixi haqqında maraqlı məlumatla və şəkilli nağıllarla zəngindir.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qənbərova çıxış edərək tədbirin əsas mahiyyətinin Azərbaycanda Misir uşaq ədəbiyyatını, eləcə də Misirdə azərbaycan uşaq ədəbiyyatını təbliğ etmək, uşaqlar və gənclər arasında mütaliə marağının artırılmasından ibarət olduğunu bildirdi.

Həftə çərçivəsində ərəb dünyasının tanınmış uşaq ədəbiyyatı yazarı, 400-dən çox kitabın müəllifi professor Yaqub Əl Şəruni çıxış edərək Misirdə uşaq ədəbiyyatı haqqında və bu sahədə aparılan işlər barədə məlumat verdi.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında