AZƏRTAC-ın fotomüxbiri nüfuzlu beynəlxalq “New York - Manhattan 2018” fotomüsabiqəsində iki mükafat qazanıb

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Foto Sənəti Federasiyası və Amerika Fotoqraflar Cəmiyyəti tərəfindən altı nominasiyada keçirilən müsabiqəyə dünyanın 65 ölkəsindən 500-dən çox fotoqrafın 10 minə yaxın işi təqdim edilib.

“Fotojurnalistika” nominasiyasında müəllifin 2006-cı ilin may ayında bodibildinq üzrə Azərbaycan çempionatında çəkdiyi “Bodibildinq üzrə çempion” adlı fotoqrafiya Kanadanın Vankuver şəhərində yerləşən və əsas məqsədi fotoqrafiya sənətini bütün dünyada təbliğ etməkdən ibarət olan beynəlxalq Master of Light Photographic Association təşkilatının gümüş medalı ilə təltif olunub.

İlqar Cəfərovun 2017-ci ilin fevral ayında Bakıda keçirilmiş Batut üzərində tullanma üzrə Dünya Kuboku yarışlarında çəkdiyi “Batut üzərində tullanma” adlı foto isə “Ağ-qara fotoqrafiya” nominasiyasında Amerika Fotoqraflar Cəmiyyətinin Fəxri Lentinə layiq görülüb.

Qeyd edək ki, fotomüsabiqənin yekunlarına əsasən nüfuzlu münsiflər heyəti AZƏRTAC-ın fotomüxbirinin 14 işini bu il iyun ayında Nyu-York şəhərinin sərgi qalereyasında təşkil olunacaq fotosərgidə nümayiş etdirilmək üçün seçib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında