Azərbaycan hekayələri kitabı Avstriya, İsveçrə, Lüksemburq, Lixtenşteyn və Almaniya kitabxanalarına yerləşdirilib

Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələr uğurlu nəticələr göstərməkdə davam edir.

 

Bu barədə Tərcümə mərkəzindən bildirilib. Məlumata görə, bu il Berlində işıq üzü görmüş və geniş təqdimatı keçirilən “Sirr” (Azərbaycan hekayələri) kitabı Avropanın bir sıra mərkəzi kitabxanaları ilə yanaşı, İsveçrənin Sürix Mərkəzi Kitabxanası, Bern Universitetinin İslamşünaslıq və Müasir Şərq Filologiyası İnstitutu, Bazel Universiteti, Frayburq Universitetinin Şərq və Mərkəzi-Şərqi Avropa üzrə kitabxanasına, Avstriyanın Vyana Universiteti kitabxanası, Hammer-Purqştal adına Avstriya Şərq-Cəmiyyətinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə İnformasiya Mərkəzi, Tirol Universiteti kitabxanası, Qrats Universiteti Kitabxanası, Zalsburq Universiteti kitabxanası, Robert Muzil adına Ədəbiyyat araşdırmaları və Ədəbiyyat Arxivi İnstitutu, Avstriya Milli kitabxanası, Semerniq Şəhər Kitabxanası, Turizm məktəblərinin İctimai Kitabxanası, Ştokerau şəhərinin ictimai kitabxanası, Böyük Florian İcması Kitabxanası, Alpbax şəhər kitabxanası, Vyana İctimai Kitabxanasına, həmçinin Lixtenşteynin Lixtenşteyn Kitabxanalar Şəbəkəsinə, Lüksemburqun Lüksemburq Universiteti kitabxanasına, eyni zamanda Almaniyanın 80-dən çox kitabxanalarına yerləşdirilib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında