Kocaeli vilayətində kitab təqdimatı və imzalanma mərasimi keçirilib

Türkiyənin İzmit, Kocaeli vilayətində Milli Məclisin deputatı, siyasi elmlər doktoru Qənirə Paşayevanın qardaş ölkədə çapdan çıxmış kitablarının təqdimatı və imzalanması mərasimi olub.

Mərasim Kocaeli Böyükşəhər bələdiyyəsinin təşkil etdiyi 10-cu Kocaeli Kitab Fuarı çərçivəsində keçirilib. İmza mərasimində çoxlu sayda ziyalılar, gənclər iştirak ediblər.

Tədbirin təşkili üçün təşkilatçılara təşəkkür edən Q.Paşayeva toplantı iştirakçılarına Azərbaycandan, Qarabağdan, Türk dünyasından-- Kərkük, Axısxa, Krım, Bayırbucaq, Türkməndağı, Təbriz, Dərbənd, Borçalı, Kuzey Kıprısdan danışıb və onları tariximizi yaxşı öyrənməyə çağırıb. Türk millətinin gənc nəsilləri üçün kitabın önəmindən də danışan millət vəkili Q.Paşayeva çoxlu sayda gənclərin imza mərasiminə qatılmasından çox məmun olduğunu deyib. O, kitablar barədə məlumat verərək gənclərə kitablarına böyük maraq göstərdikləri üçün təşəkkür edib.

 Dağıq Qarabağ, Axıska, Krım, Kərkük, Türkməndağından söz açan, Türk dünyasının probemləri və çıxış yolları barədə danışan Q. Paşayeva gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb. O bildirib ki, dünyanın harasında doğulub, harasında yaşamasından asılı olmayaraq hər bir türk ortaq tarixmizi yaxşı bilməlidir və bütün məsələlərdə bir-birimizə daha çox dəstək verməliyik. Bu kitabların gənclərimiz arasında Türk dünyasını daha yaxşı tanımağa da öz töhfəsini verə biləcəyini deyən millət vəkili Q.Paşayeva “Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir”,- deyərək kitablarını oxucular üçün imzalayıb, gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını da cavablandırıb. “Kitablara ilk gündən böyük diqqət göstərilməsi bizi çox duyğulandırdı”, – deyən millət vəkili Q.Paşayeva Türkiyənin bəzi bölgələrində  bu kitabların təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini  söyləyib.

İmzalanma mərasiminin sonunda Q. Paşayeva gəncləri müxtəlif mövzularda maraqlandıran sualları cavablandırıb.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında