Musiqili Teatrda “Heydər Əliyev dərsi”

Azərbaycan Dövlət Musiqili Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə "Heydər Əliyev dərsi" keçirilib.

 Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. "Azərbaycan dövlətinin bugünkü inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun teatr və incəsənətimizə xüsusi diqqət və qayğısı danılmaz bir fakdır”,- deyə Lalayev qeyd edib.    

Sonra söz millət vəkili, xanım Jalə Əliyevaya verilib.  J. Əliyeva ulu öndərin həyat və fəaliyyəti haqqında geniş söhbət açıb. “Dahi şəxsiyyət Heydər Əliyev xalqımız qarşısında misilsiz xidmətləri ilə bu gün də hər birimizin qəlbində yaşayır. Dahi rəhbərin vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilas olunması, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri onu hələ sağlığında xalqımızın ümummilli liderinə çevirib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizi tənəzzül burulğanından çıxararaq respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib. Ölkəmizin keçmiş sovetlər dövründə müttəfiq respublikalar içərisində qabaqcıl mövqeyə yüksəlməsi, daha sonra yenidən müstəqil dövlət kimi dünyada tanınması, güclənməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır, O, millətimizin imzası imzalar içində əzmlə və yorulmadan tanıtmağı bacaran əsl vətənpərvər idi”.

Daha sonra Musiqili Teatrın aktyorları Respublikanın xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, əməkdar artist Əkbər Əlizadə, aktrisa Ülviyyə Əliyeva çıxış edərək Heydər Əliyev dühasının böyüklüyündən, onun mədəniyyət və incəsənət xadimlərinə qayğısından, onlara himayədarlıq etməsindən danışıblar.

Sonda aktyorlar bu gün də Heydər Əliyevin açdığı cığırla inamla gedən, onun yolunu ləyaqətlə davam etdirən ölkə prezideni, cənab İlham Əliyevə incəsənət xadimlərinə göstərdiyi böyük diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında