“Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblının konserti

Heydər Əliyev Sarayında “Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblının konserti keçirildi. Mədəniyyət Nazirliyinin dəstəyi və “Samur” Ləzgi Milli Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən konsert proqramı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr edilib.

“Samur” Ləzgi Milli Mərkəzinin sədr müavini İmran Rzayev konsertin bu əlamətdar yubileylərə həsr olunmasının təsadüfi olmadığını vurğuladı. Qeyd etdi ki, Azərbaycan dövləti tərəfindən hər zaman azsaylı xalqlara qayğı ilə yanaşılıb, onların mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsinə dəstək verilib.

Mədəniyyət Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan danışdı. Vurğuladı ki, ulu öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan mədəniyyəti  daim diqqət və qayğı ilə əhatə olunub. Bildirildi ki, tarixən ölkəmizdə yaşayan digər xalqların nümayəndələri hər zaman sülh və qardaşlıq şəraitində olmuşlar.

Qeyd olundu ki, bu il Azərbaycan tarixində baş vermiş önəmli hadisələrin yubileyləri ilə zəngindir. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkəmizdə və xaricdə geniş qeyd olunur. Həmçinin dövlət başçısının sərəncamı ilə bu il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunub.

“Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblı haqqında söz açan Fikrət Babayev qeyd etdi ki, kollektiv 1996-cı ildə Əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı-jurnalist Sədaqət Kərimova tərəfindən yaradılıb. Folklor ənənələrinə əsaslanan zəngin repertuarı və orijinal mahnı və rəqsləri ilə tanınan ansamblın uğurları respublikamızın hüdudlarını aşıb. 2011-ci ildə nazirlik tərəfindən “Xalq kollektivi” fəxri adı verilən ansambl bir sıra festivallarda, o cümlədən 2012-ci ildə Türkiyənin Ankara şəhərində keçirilmiş Anadolu festivalında respublikamızı layiqincə təmsil edib. 2016-cı ildə ansamblın 20 illik yubileyi qeyd olunub.

Tədbir daha sonra konsert proqramı ilə davam etdi. Konsertdə “Çəmənlik”, “Döyüş”, “Qartallar”, “Dəcəl qızlar” və digər rəqslər təqdim edildi. Musiqili gecədə Azərbaycan estradasının bir sıra tanınmış ifaçıları da səhnəyə çıxdılar. Bütün ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

M.Mükərrəmoğlu,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında