Türkiyədə çıxış edən gənc yazar: “Ədəbiyyatımız Mir Cəlalın əsərlərindən çox şey öyrənib”

Türkiyədə təşkil edilmiş  X Kitab sərgisində Azərbaycan ədəbiyyatını təmsil edən yazıçı – jurnalist Oqtay Hacımusalı  “Azərbaycan sovet ədəbi tənqidi və Mir Cəlal Paşayev” mövzusunda çıxış edib. Kocaeli Böyükşəhər bələdiyyəsinin həyata keçirdiyi sərgi çərçivəsində çıxış edən yazar bildirib ki,  qardaş ölkədə yaşayan ədəbiyyatsevərlərə Mir Cəlal yaradıcılığının müxtəlif aspektləri ilə bağlı məlumat verib, məruzədə  Mir Cəlal imzasının Azərbaycan ədəbi tənqidindəki rolundan bəhs edib: “Azərbaycan ədəbiyyatşünaslığında özünəməxsus yeri olan Mir Cəlal yaradıcılığı ilə bağlı türkiyəli oxuculara məlumat verərkən, onun yazdığı monoqrafiyalardan, elmi məqalələrdən sitatlar gətirib ədəbiyyatımızda açdığı elmi – nəzəri dolğunluq cığırını da diqqət mərkəzində saxlamağa çalışdım. Mir Cəlal haqqında məruzə etməyin əslində nə qədər məsuliyyətli bir iş olduğunun fərqində idim, çünki, məruzəmdə də qeyd etmişdim ki, ədəbi tənqidimiz və ümumilikdə ədəbiyyatımız onun əsərlərindən çox şey öyrənib və bu gün də öyrənməkdədir. ”.

Yazar Azərbaycan ədəbiyyatı ilə bağlı belə silsilə məruzələri gələcəkdə də qardaş ölkədə davam etdirəcəyini söyləyib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında