“Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklərdən ideala”

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklərdən ideala” adlı konfrans keçirilib.

www.science.gov.az saytı yazır ki, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qorunmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərindən söz açıb. O qeyd edib ki, Heydər Əliyev ədəbiyyatı, Azərbaycan ədəbi-ictimai fikrini xalqın böyük ideallarına doğru məharətlə istiqamətləndirib və inkişaf etdirib. Məhz ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində XX əsrin 70-80-ci illərindən Azərbaycan ədəbiyyatı milli mənəvi dəyərləri vəsf edib və xalqın tarixi ilə bağlı mövzulara və şəxsiyyətlərə doğru böyük dönüş baş verib. Bu isə nəticə etibarilə Azərbaycanda cəmiyyət həyatında ümummilli ideallar uğrunda mübarizənin böyük hərəkat səviyyəsinə qaldırılmasına gətirib çatdırıb.

Bildirilib ki, “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklərdən ideala” adlı kitabda ilk dəfə olaraq ədəbiyyatda Heydər Əliyev obrazı tədqiqata cəlb edilib.

Konfransda AMEA-nın müxbir üzvü Tehran Mustafayev “Folklorda və bədii nəsrdə Heydər Əliyev obrazı”, filologiya elmləri doktoru Əlizadə Əsgərli “Heydər Əliyevin obrazı ədəbi fikirdə”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova “Poeziyada Heydər Əliyevin ədəbi-filoloji portreti”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Uşaq ədəbiyyatında Heydər Əliyev obrazı” və filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənova “Heydər Əliyevin bədii portreti bədii-sənədli janrda” mövzularında məruzələrlə çıxış ediblər.

 

                                                                Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında